“JEK” narazı sakini aradan götürmək üçün QATİLLƏR TUTDUbackend

“JEK” narazı sakini aradan götürmək üçün QATİLLƏR TUTDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqda idarəedici şirkət narazı sakini aradan qaldırmaq üçün qatillər tutub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Yekaterinburq şəhərində idarəedici şirkət ətrafında səs-küylü qalmaqal böyüyür.

Bildirilir ki, sakinlərdən biri Mənzil İstismar Sahəsinin (MİS) fəaliyyətindən narazı qalıb və səsvermə yolu ilə şirkəti dəyişdirmək üçün mülkiyyətçilərin iclasını çağırıb.

Bundan sonra həmin kişiyə qarşı qəddar hücum təşkil edilib. İki naməlum şəxs onu pusaraq vəhşicəsinə döyüb.

Zərərçəkmişi kimsəsiz bir yerdə atıb getsələr də, o, sağ qalmağı bacarıb və sərbəst şəkildə polis bölməsinə müraciət edib.

İstintaqın məlumatına görə, hücum edən şəxslər artıq saxlanılıb. Onların Orta Asiya əsilli olduqları bildirilir.

Hazırda saxlanılan şəxslərə qarşı qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

Xuraman Etibarlı

İnterpress.az