Neftçalada yeniyetmə qızlara sosial dəstək verilib – FOTOLARbackend

Neftçalada yeniyetmə qızlara sosial dəstək verilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü və Güvən Xeyriyyə İctimai Birliyinin maliyyə dəstəyi ilə Neftçalada  tikiş maşınları hədiyyə edilib.

İnterpress.az xəbər verir ki, sosial təşəbbüsün hədəfi əsasən yeniyetmə qızlar olub. Onlar peşə təhsilinə üstünlük verərək maddi təminatını dərzilik fəaliyyəti ilə əldə etmək istəyənlərdir. Seçim  mərhələsində həm Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən, həm də Neftçala Peşə Məktəbində peşə bacarığı əldə edən qızlar iştirak edib.

Müsahibədən uğurla keçən on nəfərə tikiş maşınlarının hədiyyə edilməsi onların sosial rifahının yaxşılaşmasına dayanıqlı dəstək vermək məqsədi daşıyıb. Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi və Güvən Xeyriyyə İctimai Birliyinin birgə əməkdaşlığı ilə dayanıqlı sosial təşəbbüslər birliklər arasında bağlanmış Memoranduma əsasən icra olunur.