Növbəti 15 ailəlik köç karvanı Şuşaya çatıb, onlara açarlar təqdim olundubackend

Növbəti 15 ailəlik köç karvanı Şuşaya çatıb, onlara açarlar təqdim olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşaya köçürülən sakinlərə açarlar təqdim edilib.

İnterpress.az xəbər verir ki, açarların təqdimatı mərasimində Şuşa şəhərində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu mərhələdə Şuşaya 15 ailə – 57 nəfər köçürülüb. Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 105 ailə (406 nəfər) mənzillə təmin edilib.