Bu gün Oxu.az xəbər saytının 11 yaşı tamam olur.
İnterpress.az xəbər verir ki, 2013-cü ildən fəaliyyətə başlayan sayt ölkədə və dünyada baş verən ən aktual xəbərləri Azərbaycan və rus dillərində fasiləsiz olaraq oxuculara çatdırır.
Saytda oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar təqdim edilir.