Ankarada baş verən terror aktı fonunda PKK lideri təşkilat üzvlərini silahı yerə qoymağa çağırmağa hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi xəbər verir.
Kürd hərbi-siyasi təşkilatı PKK-nın ömürlük həbs cəzası çəkən lideri Abdulla Öcalanın təşkilatı silahı yerə qoymağa çağırmağa hazır olduğu iddia edilir.
Bu yaxınlarda onun qohumu ilə son 3,5 ildə ilk görüşü baş tutub.
Bu görüşdə Öcalan saxlanma şəraitinin yumşaldılması və təmaslara icazə veriləcəyi təqdirdə “tarixi borcunu” yerinə yetirməyə hazır olduğunu bildirib.
Bu bəyanatın millətçi MHP partiyasının başqanı və prezident Ərdoğanın əsas siyasi müttəfiqi Dövlət Baxçalının PKK-nın ləğvi çağırışına cavab olduğu qeyd edilir.
Xuraman Etibarlı
İnterpress.az