“Qarabağ” tarixində 20-ci titulu qazanıb.
İnterpress.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu buna Azərbaycan Kubokunu qazanmaqla nail olub.
Qurban Qurbanovun yetirmələri finalda “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib.
“Qarabağ” 8-ci dəfə ölkə kubokunu qazanmaqla həm də 6-cı dəfə “qızıl dubl”a imza atıb. Hər iki göstəricidə özünün sahib olduğu rekordu yeniləyən Ağdam təmsilçisi tarixində yubiley titulunu əldə edib.
Hesabında 11 çempionluq (1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023, 2023/24) və 8 kubok (1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/24) olan “Qarabağ” 1993-cü ildə Superkuboka da sahib çıxıb. Ağdamlılar titul sayında da Azərbaycan rekordunu yeniləyib.