Qəbələdə Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn yeri müəyyən edilən şəhidlə vida mərasimi keçirilirbackend

Qəbələdə Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn yeri müəyyən edilən şəhidlə vida mərasimi keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhidlə Qəbələdə vida mərasimi keçirilir.

İnterpress.az xəbər verir ki, şəhid Səfərov Asim Nadir oğlunun qalıqları ailəsinə təhvil verilib. Asim Səfərovun anadan olduğu Qəmərvan kəndində keçirilən vida mərasmində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

 

Şəhidin qalıqları Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Füzuli istiqamətində itkin düşən Səfərov Asim Nadir oğlunun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib