Sabahın hava proqnozu AÇIQLANDIbackend

Sabahın hava proqnozu AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə ərazisində mayın 4-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən İnterpress.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 11-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-15 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.