Şəkidə həssas qrupların sosial müdafiəsi ilə bağlı tədbir keçirilib – FOTOLARbackend

Şəkidə həssas qrupların sosial müdafiəsi ilə bağlı tədbir keçirilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həssas əhali qrupuna aid olan qadın və gənclərin sosial hüquqlarının müdafiəsi” adlı layihə həyata keçirir.

Layihə 4 ay müddətində Şəki, Zaqatala, Masallı və Zaqatala rayonlarında həyata keçiriləcəkdir.

Təşkilatdan verilən məlumata görə, layihənin əsas məqsədi sosial hüquqların təşviqi, sosial problemlərin həllinə yönələn məlumatların verilməsi, bu hüquqlar barəsində biliklərin artırılması və pozulmuş hüquqların bərpa edilməsi istiqamətində əhalinin maarifləndirilməsidir.

Layihə çərçivəsində iyulun 1-də Şəki şəhərində 1 günlük tədbir keçirilib. 21 nəfərin iştirak etdiyi tədbir 2 istiqamətdə həyata keçirilib. Birinci hissə iştirakçıların sosial hüquqların təşviqi, sosial problemlərin həllinə yönələn həmin hüquqlara dair biliklərin artırılması və pozulmuş hüquqların bərpa edilməsi haqqında maarifləndirilməsi, mövzuya aid paylama materiallarının təqdim edilməsi, ikinci hissə isə dialoq platforması formatında keçirilib.

Yekunda əhalinin ən çox narazı qaldığı, çətinliklərlə üzləşdiyi məqamları aşkarlamaq üçün sorğu təşkil olunub.