Millət vəkili Tənzilə Rüstəmxanlı Ankara səfəri çərçivəsində Türk Dünyası Gənclik Konseyinin başqanı, eyni zamanda Türk dünyası gənclərinin birliyi və əməkdaşlığı istiqamətində fəal fəaliyyət göstərən Ramazan İzolu ziyarət edib.
İnterpress.az xəbər verir ki, görüşdə həmçinin millət vəkilinin həmkarı Səbinə Salmanova da iştirak edib.
Səmimi müzakirələr şəraitində keçən görüş zamanı Türk dünyasının birliyi, ortaq milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərin bu ideallar ətrafında yetişdirilməsinin önəmi vurğulanıb.
Qeyd edək ki, Türk dünyasının birliyi uğrunda uzun illərdir davam edən bu yolda artıq bayrağın gənclər tərəfindən böyük məsuliyyət və əzmlə daşınması millət vəkili Tənzilə Rüstəmxanlı tərəfindən böyük sevinc hissi ilə qarşılanır.
Millət vəkili gənclərin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirərək, Ramazan İzolu və onun simasında Türk dünyası gənclərinə gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayıb.








