Türkiyədə rusiyalı Valeriya İslamı QƏBUL ETDİ – Müsəlman olan qadın Zəhra adını SEÇDİ – FOTObackend

Türkiyədə rusiyalı Valeriya İslamı QƏBUL ETDİ – Müsəlman olan qadın Zəhra adını SEÇDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə mədəniyyətindən təsirlənən rusiyalı qadın İslamı qəbul edib və Zəhra adını seçib.

İnterpress.az xəbər verir ki, bu barədə “İhlas Haber Ajansı” (İHA) məlumat yayıb.

Rusiya Federasiyasının vətəndaşı Valeriya Teplova Türkiyə mədəniyyətinin təsiri altında İslam dinini qəbul edib.

Türkiyədə yerli müftilik tərəfindən keçirilən rəsmi ehtida (dinini dəyişmə) mərasimindən sonra gənc qadın özünə yeni müsəlman adı olaraq Zəhra (Zehra) adını seçib.

Mərasim zamanı Valeriya İslamın əsas şərtləri ilə yaxından tanış olub, kəlmeyi-şəhadət gətirərək müsəlman olduğunu bəyan edib.

Son illərdə Türkiyəyə səyahət edən, orada yaşayan və ya türk serialları, adət-ənənələri vasitəsilə bu ölkənin zəngin mədəniyyəti ilə tanış olan xarici vətəndaşların, o cümlədən rusiyalıların İslamı qəbul etməsi halları tez-tez qeydə alınır.

Müftiliklər tərəfindən təşkil olunan ehtida mərasimlərində dinini dəyişən xarici vətəndaşlara Qurani-Kərimin tərcüməsi və müxtəlif dini kitablar hədiyyə olunur.

İslamı qəbul edən Zəhra (Valeriya) özünü olduqca xoşbəxt hiss etdiyini və bundan sonra həyatını İslam dəyərlərinə uyğun şəkildə davam etdirəcəyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az