Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” statusu və təqaüdü veriləcəkbackend

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” statusu və təqaüdü veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzləşmiş elektron informasiya sistemi olan Zəfər altsisteminə daxil edilən şəxslərlə bağlı işlər ayın sonunadək yekunlaşdırılacaq”.

Interpress.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynov “REAL TV”yə açıqlamasında deyib.

O bildirib ki, Vətən müharibəsi iştirakçıları yanvar ayı ərzində “Müharibə veteranı” statusunu və vəsiqəsini, həmçinin aylıq 80 manat təqaüdü ala biləcəklər.