Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tütünçəkmə, alkoqolizm və narkomaniyaya qarşı mübarizə” adlı layihənin icrasını davam etdirir.
Layihə 4 ay müddətində, Masallı, Yardımlı, Biləsuvar, Şamaxı rayonlarında və Bakı şəhərində həyata keçiriləcək.
Layihənin məqsədi tütünçəkmə, alkoqolizm və narkotik vasitələrin orqanizmə tibbi təsirləri, tütün, alkoqol və narkotik asılılığı və onlara qarşı mübarizənin aparılması yolları haqda əhalinin maarifləndirilməsidir.
Layihə şərçivəsində növbəti tədbir iyulun 26-da Yardımlı rayonundakı Heydər Əliyev Nərkəzində təşkil olunub. 20 nəfərin iştirak etdiyi tədbirin təlimçiləri həkim narkoloq Ayxan Bağırov və hüquq müdafiəçisi Nabat Qəniyeva mövzu ilə bağlı geniş məlumat veriblər.
Tədbirdə Yardımlı RİH başçısının sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçi Əhəd Bağırov da iştirak edib.
Tədbir maarifləndirmə, müzakirələr və kiçik qruplarda işdən ibarət olub.
Həkim-narkoloq Ayxan Bağırov tütünçəkmənin və alkoqolizmin tibbi fəsadları haqda aşağıdakı mövzularla bağlı məlumat verib;
-Tütünçəkmə və onun əsas mahiyyəti,
-Tütünçəkmə səbəbindən yarana bilən xəstəliklər, Tütünçəkmədən imtina etməyin xeyri.
-Alkoqolizm haqda ümumi məlumat
-Alkol sərxoşluğu və törətdiyi fəsadlar
-Alkoqolozmin törətdiyi fizioloji, orqanik və sosial fəsadlar.
-Alkoqolizmin proqredientliyi, inkişafı və mərhələləri.
-Qadınlarda və yeniyetmələrdə alkoqolizmin xüsusiyyətləri.
-Alkoqolizmin müalicəsi (Farmakoloji və psixoterapiya).
Ekspert həmçinin, narkomaniya ilə bağlı aşağıdakı mövzularda da geniş məlumat verib;
-Əsas anlayışlarin izahi
-Narkomaniyanın tarixi
-İnsanlar narkomaniya adlanan tora necə düşürlər?
-Narkotiklərdən asıllıqın yaranma səbəbləri
-Narkomaniyanin törətdiyi fəsadlar
-Narkotik istifadə zamanı iynədən yoluxa bilinəcək xəstəliklər
-Narkomnaiya ilə necə mübarizə aparılmalı
-Narkomaniyadan əziyyət çəkənlərin xilası.
-Narkotik vasitələrin prekursorlarının və analoqlarının apteklərdə bəzən reseptsiz satılması.
Təlimçi Nabat Qəniyeva slayd vasitəsi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təqdimat edib.
Müzakirələr üçün iştirakçılara şərait yaradılıb, suallara cavab verilib.
Sonra iştirakçılar 4 kiçik qrupa bölünüb. Hər qrupa 2 sual verilib. Hər qrup birlikdə işləyib və təqdimat edib.