“Zelenski Azərbaycanı Ukraynanın əsas strateji tərəfdaşlarından biri hesab edir”- AÇIQLAMAbackend

“Zelenski Azərbaycanı Ukraynanın əsas strateji tərəfdaşlarından biri hesab edir”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Həmişə olduğu kimi, 2020-ci ildə də Ukrayna və Azərbaycan arasında tərəfdaşlıq möhkəm dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma və ən səmimi münasibətlərlə səciyyələnir. Bu səbəbdən Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycanı Ukraynanın əsas strateji tərəfdaşlarından biri hesab edir.

Ukrayna Ali Radasının deputatı Vladimir Kreydenko bu fikirləri müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna və Azərbaycan beynəlxalq birliyin qəbul etdiyi sərhədlər çərçivəsində bir-birinin ərazi bütövlüyünün ardıcıl tərəfdarları kimi qalmaqdadır.

 

“Son illərdə ölkələrimiz arasında əmtəə dövriyyəsində artımın müsbət dinamikası müşahidə olunur. Bununla belə, ölkələrimiz qarşılıqlı faydalı ticarətin bundan sonrakı inkişafı üçün böyük potensiala malikdir.

Biz bu potensialdan hələ tam istifadə etmirik. Əminəm ki, dünya bazarlarına çıxardığımız Ukrayna ixracat məhsulları siyahısında öz alıcılarını Azərbaycanda tapacaq çox şey mövcuddur, yaxud da əksinə”, – Ukrayna Ali Radasının deputatı deyib.

Deputat vurğulayıb ki, ölkələrimizin liderləri Vladimir Zelenski və İlham Əliyev arasında çox yaxşı və səmimi münasibətlərin olması müsbət haldır və bu, Ukrayna-Azərbaycan əməkdaşlığının yeni, daha səmərəli inkişaf səviyyəsinə çıxmasına kömək edəcək:

“Əminəm ki, bu, energetika, nəqliyyat, investisiya, aviasiya sənayesi, kənd təsərrüfatı, turizm, humanitar və idman sahələrində bizim tərəfdaşlığımıza müsbət təsir göstərəcək”.

 

 

İnterpress.az