200 sərnişini olan Rusiya təyyarəsində NASAZLIQ: Təcili ENİŞ ETDİ – VİDEO/YENİLƏNİBbackend

200 sərnişini olan Rusiya təyyarəsində NASAZLIQ: Təcili ENİŞ ETDİ – VİDEO/YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara dəniz üzərində qəza siqnalı göndərən və radarlardan itən təyyarə Soçidən qalxdıqdan sonra mühərrikində nasazlıq yaranıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Boeing 737-800 təyyarəsinin heyəti mühərrikində nasazlıq olduğunu bildirib. Kapitan hava limanına qayıtmaq qərarına gəlib.

Təyyarə gözləmə rejimində idi və eniş etməzdən əvvəl eniş çəkisini lazımi səviyyəyə endirmək üçün yanacağını yandırırdı. Təyyarə təhlükəsiz şəkildə eniş edib.

***

00:26

Soçidən Arxangelskə uçan təyyarə qəza siqnalı verərək Qara dəniz üzərində radarlardan itib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada “Smartavia” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə əlaqə kəsilib. Soçidən Arxangelskə uçan “Boeing 737-800” markalı təyyarə havaya qalxdıqdan təxminən bir saat sonra pilotlar təcili olaraq “7700” qəza (fəlakət) siqnalı göndəriblər.

Bu siqnalın ötürülməsindən qısa müddət sonra avialayner Qara dəniz üzərində radarlardan tamamilə itib.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində təxminən 200 sərnişin və heyət üzvü olub.

Aviasiyada “7700” kodu göyərtədə baş verən son dərəcə ciddi fövqəladə hadisəni (mühərrikin dayanması, yanğın, idarəetmənin itirilməsi və ya hermetikliyin pozulması) bildirir.

Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) və dəniz xilasetmə idarəsinin gəmiləri, həmçinin xüsusi helikopterləri Qara dəniz akvatoriyasında genişmiqyaslı axtarış-xilasetmə tədbirlərinə başlayıblar.

Aviaşirkət və hava limanının rəsmi nümayəndələri hadisə ilə bağlı hələlik əlavə şərh verməkdən imtina ediblər.

Xuraman Etibarlı

İnterpress.az