48 yaşlı bələdiyyə başçısı faciəli şəkildə ÖLDÜbackend

48 yaşlı bələdiyyə başçısı faciəli şəkildə ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə bələdiyyə başçısı həyatını itirib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Manisa Bələdiyyə Başçısı Ferdi Zeyrek evində elektrik cərəyanı vurması nəticəsində ağır yaralanandan sonra müalicə aldığı xəstəxanada 3 gündən sonra ölüb.

48 yaşlı Zeyrəkin ölümü manisalıları matəmə bürüyüb.

Ferdi Zeyrek 31 Mart 2024-cü ildə keçirilən yerli seçkilərdə tarixi bir müvəffəqiyyətlə Manisa Böyükşəhər Bələdiyyə Başçısı seçilib. Ferdi Zeyrek CHP-nin Manisada “74 il” sonra səslərin yüzdə 60-dan çoxunu alaraq birinci partiya olmasını təmin edən uğuru ilə bağlı tanınırdı.

İyunun 6-da axşam saatlarında Ferdi Zeyrek evinin bağçasındakı hovuzda yaranan nasazlıq səbəbindən qarajdakı elektrik lövhəsini yoxlamaq istəyib və bu zaman elektrik cərəyanı vurub.

Hadisə yerində ilk tibbi yardım göstərən sağlamlıq qrupları tərəfindən Zeyrek Manisa xəstəxanasına aparılıb və orada dünyasını dəyişib.

“Təəssüf ki, dünyada tanıdığım ən yaxşı insanı, ən yaxşısını, ən çalışqanını, ən dürüstünü, partiyasından asılı olmayaraq bütün Manisada qucaqlaşan, onunla görüşən hər kəsin bir neçə dəqiqə ərzində özünü çox yaxın hiss etdiyi insanı itirdik. Fikrimin yarısını, ürəyimin yarısını itirdim”, – CHP sədri Özgür Özəl deyib.

Evli və üç qızı olan Zeyrek Manisa Böyükşəhər Bələdiyyəsi qarşısında keçiriləcək dəfn mərasiminin ardından ailə qəbiristanlığında son səfərə yola salınacaq.

Xuraman Etibarlı

İnterpress.az