Son günlərin ən xoş və sevimli xəbərlərindən biri! YAŞAT Fondu yaradıldı. Vətənimizə, millətimizə xeyirli olsun!backend

Son günlərin ən xoş və sevimli xəbərlərindən biri! YAŞAT Fondu yaradıldı. Vətənimizə, millətimizə xeyirli olsun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
Estoniyada yaşayan Azərbaycanlılar olaraq cənab Prezident Ilham Əliyevin təşəbbüsünə qoşulur və dəstəkləyirik. Məlumat üçün çatdırmaq istərdik ki, Estoniyada yaşayan azərbaycanlılar olaraq bir müddət öncə Azərbaycan Evində görüş keçirmiş və fəxrimiz olan Şəhidlərimizin ailələrinə dəstək olmaq üçün vahid qərar qəbul edilmişdir. Çox qısa bir müddət ərzində cəmiyyətimizin üzvləri tərəfindən böyük dəstək göstərilmişdir və toplanan vəsait 25 Şəhidimizin ailəsinə dəstək məqsədilə ünvanlanmışdır. Bununla yanaşı Şanlı Ordumuza və qalib Əsgərlərimizə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna cəmiyyətimiz tərəfindən ianə edilmişdir. Estoniyada yaşayan azərbaycanlılar olaraq hər zaman Vətənimizə dəstək olmağa davam edirik və fəxrlə də davam edəcəyik. Allahdan Şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şəfalar diləyirik! Biz Vətənimizi birlikdə “YAŞAT”acağıq! Yaxın zamanda cəmiyyətimiz adından YAŞAT Fonduna da dəstək olmağa hazırlaşırıq!

Hörmətlə,
Estoniya Azərbaycanlıları Cəmiyyəti

 

 

İnterpress.az