Ötən gün axşam saatlarında qardaş Türkiyəyə yardım üçün yola çıxan FHN kolonu artıq Gürcüstandadır.
Yaxın 10 saat ərzində FHN-çilərin yanğın ərazilərinə çatacağı gözlənilir.
Qeyd edək ki, FHN-in 100 nəfərlik heyəti, o cümlədən amfibiya təyyarəsi və helikopterləri Marmaris də daxil olmaqla, bir neçə ərazidə yanğınsöndürmə prosesinə iki gündür qoşulub.
Ötən gün isə 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 220 nəfər yanğınsöndürən və xilasedicinin daxil olduğu növbəti qrup Bakıdan yola düşüb.