Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə DƏSTƏKbackend

Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə DƏSTƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları qardaş Türkiyədə meşə yanğınlarından zərər çəkən insanlara dəstək göstərəcək.

 

Bu barədə Ukraynadakı Azərbaycan diaspor təşkilatlarından məlumat verilib.

 

Qeyd edilib ki, təkcə Ukraynadakı azərbaycanlılar deyil, digər ölkələrdə olan diaspor nümayəndələri də Türkiyədəki hadisələrlə bağlı həmrəylik nümayiş etdiriblər.

 

Azərbaycan diaspor təşkilatları Türkiyəyə yardım təklifini müsbət qarşılayıblar və qardaş ölkəyə istənilən dəstəyi verməyə hazır olduqlarını bəyan ediblər.

 

Dəstək kampaniyasına dünyanın müxtəlif ölkələrində yaşayan diaspor nümayəndələri qoşulacaqlar.

 

Ölkə başçısının“Bir millətin iki diasporu olmaz” fikri ətrafında birləşən minlərlə soydaşımız bundan sonra da qardaş Türkiyənin yanında olacaqlarını diqqətə çatdırıblar. Diaspor fəallarının fikrincə, türk qardaşlarımızın çətin günlərində onlara dəstək vermək hər birimizin vəfa borcudur.

 

Qeyd edək ki, Türkiyədə 7 meşə yanğını hələ də davam edir. Son məlumatlara görə, iyulun 28-dən indiyədək ölkədə 132 yanğından 125 -i nəzarət altına alınıb. Yanğınlar nəticəsində 8 nəfər həlak olub, 400-dən çox insan zərər çəkib.

 

Xatırladaq ki,  Prezident İlham Əliyevin tapşırığına əsasən, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri dərhal Türkiyəyə göndərilib.