Uzun müddətdir Çində müalicə alan, Azərbaycan vətəndaşı, Pekin İdman İnstitutunun tələbəsi Sadiq Həsənağa oğlu Həsənovun Bakıya gətirilməsi üçün Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi, Sadiq Həsənovun ailə üzvləri Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər.
Komitə ünvanlanan müraciətləri, ciddi sağlamlıq problemlərini, ailənin maddi vəziyyətininəzərə alaraq, vətəndaşın Pekindən çarter reys ilə Bakı şəhərinə gətirilməsini təmin edib.
Sadiq Həsənovun xalası Pərvanə Məmmədli Sadiqin mülaicəsinə maddi və mənəvi dəstək göstərən Azərbaycan dövlətinə,Diasporla İş üzrə Komitənin bütün əməkdaşlara təşəkkür edib.
“Nə yaxşı ki, qürbətdə yaşayan vətəndaşlarımıza qayğı göstərən, öz vəzifəsini vicdanla yerinə yetirən, vətəndaşların uğurunu alqışlayan və dərdinə şərik olan belə dövlət qurumu var”- Pərvanə Məmmədli bildirib. O əlavə edib ki, Sadiq Həsənovun xəstəliyi bilinən gündən Komitə məsələni daim nəzarətdə saxlayıb, xəstəxana xərclərinin ödənilməsinə maddi köməklik göstərib və Sadiq Həsənovun çarter reysi ilə vətənə qaytarılmasını təmin edib.