İstanbulda 25 yaşlı yutuber Məhəmməd Bahçiçək izləyicilərinə verdiyi vədi yerinə yetirib.
O, şəhərin Tuzla məhəlləsində özünə qəbir qazdırıb.
Bəyənmə sayını artırmaq üçün türkiyəli gənc tabutun içərisində məzara girərək, yerin altında basdırılmış vəziyyətdə 6 saat vaxt keçirib.
Bu müddət ərzində onun məzarı başında təcili yardım keşik çəkib.
Vaxt tamam olduqdan sonra məzar qazılaraq, tabut yer üzünə çıxarılıb.
Məhəmmədin səhhətində heç bir problemin yaranmadığı bildirilib.
Mənbə: “Haber Global”