“Əgər SSRİ iflas etməsəydi…“ – Putin rus əhalisinin azalmasından danışdıbackend

“Əgər SSRİ iflas etməsəydi…“ – Putin rus əhalisinin azalmasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SSRİ dağılmasaydı, Rusiya əhalisinin sayı indi 500 milyon nəfər olardı”.

Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putini bildirib.

Onun sözlərinə görə, 1917 və 1991-ci illərdə ölkənin dağılması olmasaydı, bəzi hesablamalara görə, Rusiya əhalisi hazırda təxminən yarım milyard nəfər ola bilərdi.

“Ötən əsrdə Rus dövlətçiliyi iki dəfə çöküb. 1917-ci il inqilabından sonra Rusiya İmperiyası mövcudluğunu dayandırıb, Rusiya qərbdə, şimalda nəhəng əraziləri itirib və tədricən özünə gəlib. Sonra Sovet İttifaqının dağılması da baş verib… Bunu diqqətlə təhlil etməliyik. Bu sonrakı hadisələr üçün bir tətik idi. Əgər bunlar olmasaydı, başqa bir ölkəyə sahib olardıq. Bəzi ekspertlər, əhalimizin 500 milyondan az olmayacağını düşünürlər”.