Haitidə dəstə üzvləri pusquya saldıqları üç polisi öldürüblərbackend

Haitidə dəstə üzvləri pusquya saldıqları üç polisi öldürüblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haitinin paytaxtı Port-au Prins yaxınlığında dəstə üzvləri tərəfindən pusquya salınan 3 polis həlak olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Paytaxtın cənubundakı Tomassin bölgəsində özlərini “Ti Makak” (Kiçik Ağcaqanadlar) adlandıran dəstə üzvləri tərəfindən pusquya düşən komandada olan 3 polis, hücumda həyatını itirib.

Açıqlamada, hücumun təfərrüatları ilə bağlı məlumatın sağ qalan yaralı polis əməkdaşı tərəfindən çatdırıldığı qeyd edilib.

Haiti baş naziri Ariel Henri sosial mediada hücumu pisləyən açıqlamada həyatını itirən polislərin ailələrinə başsağlığı verib: “Bu gün polis qardaşlarımız yenidən qanunsuz quldurların gülləsinin qurbanı oldular. Biz bu vəhşi hücumdan kədərləndi”

Henri açıqlamasında hökumətin ölkədə təhlükəsizliyi təmin etmək üçün əlindən gələni etməyə çalışdığını vurğulayıb.

Dəstələrin silahlı basqınları nəticəsində ilin əvvəlindən 21 polis həyatını itirib.

2022-ci ilin aprelindən bu yana ölkədə silahlı qrupların qarşıdurması nəticəsində 500-dən çox insan həyatını itirib, 3000-dən çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Haitidəki sosial iğtişaşlar 2021-ci ilin iyulunda prezident Jovenel Moisenin öldürülməsi, elə həmin ilin avqustunda 2200-dən çox insanın ölümünə və on minlərlə evi dağıdan 7,2 bal gücündə zəlzələ, inflyasiya, vəba hadisələri, adam oğurluğu və artan zorakılıqdan qaynaqlandı. son illərdə xeyli dərinləşmişdir.

Son illərdə inflyasiyanın ən yüksək həddə çatdığı ölkədə əhalinin 40 faizi ərzaq yardımından asılıdır, xroniki hal alan dəstə münaqişələri isə yüzlərlə insanın ölümünə, minlərlə insanın didərgin düşməsinə səbəb olub.