Gürcüstanda elektrikli avtomobillərə tələbat artıb
Bu il elektriklə işləyən avtomobillərin Gürcüstana idxalında ən yüksək göstərici 10 ayda qeydə alınıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövründəki 1059 ədəd (24,004 milyon ABŞ dolları) ilə müqayisədə 1,586 ədəd (43,575 milyon ABŞ dolları) elektrik avtomobili idxal edilib.
Ölkəyə elektrikli avtomobillərin idxal olduğu ilk 5 ölkə:
ABŞ – 809 ədəd (17,843 milyon ABŞ dolları);
Çin – 410 ədəd (12,692 milyon dollar);
Yaponiya – 140 ədəd (960,9 min ABŞ dolları);
Almaniya – 100 ədəd (7,561 milyon dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 45 (1,616 milyon ABŞ dolları)
Bundan əlavə, cari ilin yanvar-oktyabr aylarında 269 ədəd (9,024 milyon ABŞ dolları) elektrik avtomobili təkrar ixrac edilib, halbuki ötən ilin eyni dövründə bu rəqəm 265 ədəd (5,436 milyon ABŞ dolları) olub.
Elektrikli avtomobillərin ixrac edildiyi ilk 5 ölkə:
Ukrayna – 117 ədəd (2,978 milyon ABŞ dolları);
Ermənistan – 49 ədəd (2,190 milyon ABŞ dolları);
Azərbaycan – 37 ədəd (975,7 min ABŞ dolları);
Qırğızıstan – 33 ədəd (1,567 milyon ABŞ dolları);
Qazaxıstan – 19 ədəd (866,3 min ABŞ dolları).
Qeyd edək ki, elektrik avtomobilləri ilk dəfə 2017-ci ildə, yəni (10 ayda) 581 ədəd (3,944 milyon ABŞ dolları) daxil olub.