Tokayev: “Qazaxıstan Azərbaycanın SPECA-nın inkişafına töhfəsini alqışlayır”backend

Tokayev: “Qazaxıstan Azərbaycanın SPECA-nın inkişafına töhfəsini alqışlayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazaxıstan Azərbaycanın BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) inkişafına verdiyi töhfəni alqışlayır”.

İnterpress.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda SPECA-nın Zirvə görüşündə çıxışında deyib.

Onun sözlərinə görə, Qazaxıstan hələ 1997-ci ildə BMT-nin xüsusi proqramının təşəbbüskarı olub və sonradan bu proqram regional əməkdaşlıq üçün səmərəli platformaya çevrilib.

“Ötən il Qazaxıstanın sədrliyi ilə biz proqramın əsas istiqamətlərini gücləndirdik və praktiki icra baxımından konkret addımlar atdıq”, – o vurğulayıb.

Tokayev həmçinin qeyd edib ki, Qazaxıstan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində əməkdaşlığı davam etdirməyə hazırdır.

Qazaxıstan lideri əlavə edib ki, ölkəsi Orta Dəhliz marşrutu üzrə yükdaşımalarda əhəmiyyətli artım gözləyir: “Ölkələrimiz üçün ətraf mühitin mühafizəsi və transsərhəd su ehtiyatlarının idarə edilməsi üzrə tədqiqat işlərinin aparılması çox vacibdir”.