Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Avropa İttifaqının (Aİ) ölkədəki diplomatik missiyasının rəhbəri Vasilis Maraqos İrəvanla Bakı arasında arasında münasibətlərin normallaşdırılması istiqamətində son prosesləri müzakirə ediblər.
İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər Ermənistan və Aİ arasında bir sıra əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Ermənistan-Avropa İttifaqı Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin həyata keçirilməsi üçün atılan addımlar, iqtisadi və investisiya planının səmərəli icrası da vurğulanıb.