Rusiyanın Meksikadakı səfirliyi 2023-cü ildən saxlanılan Rusiya vətəndaşının azad edilməsinə nail olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Meksikadakı səfirliyi TASS-a məlumat verib.
Rusiyanın diplomatik nümayəndəliyinin səyləri nəticəsində 2023-cü ildən Meksikada sosial müəssisədə saxlanılan Rusiya vətəndaşı Kristina Romanovanın azad edilməsinə nail olunub.
Məlumata görə, Meksika hakimiyyəti Romanovanı yetkinlik yaşına çatmamış olduğu dövrdə ailəsindən ayırıb.
Səfirliyin daha əvvəl verdiyi məlumata əsasən, Rusiya vətəndaşı 2023-cü ilin oktyabrından etibarən öz iradəsinə zidd olaraq sosial müəssisədə saxlanılıb.
Diplomatik nümayəndəliyin müdaxiləsindən sonra onun azad edilməsi təmin olunub.

Xuraman Etibarlı
İnterpress.az






