“Sərhədçilərimizin 2023-cü il avqustun 15-dən noyabrın 23-dək Suriyada keçirdiyi antiterror əməliyyat nəticəsində 649 terrorçu zərərsizləşdirilib”.
İnterpress.az Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu ölkənin Quru Qüvvələri komandanı general Selcuk Bayraktaroğlu Suriya ilə sərhəd bölgəyə səfəri zamanı bildirib.
Onun sözlərinə görə, zərərsizləşdirilən terrorçuların 606-si PKK/YPG-PYD, 43-ü İŞİD üzvləridir.
Komandan deyib ki, müxtəlif tarixlərdə Suriyadan Türkiyə ərazisinə daxil olmaq istəyən 41-i PKK, 5-i İŞİD, 2 marksist-leninçi kommunistlər,162-si FETÖ üzv olmaqla 1048 qanunsuz miqrant saxlanılıb.
Selcuk Bayraktaroğlu bildirib ki, hesabat dövründə Türkiyə sərhədlərində 53 min 890 qanunsuz mühacirin ölkə ərazisinə keçməsinin qarşısı alınıb.