Baş katib Ermənistanın KTMT-nin sessiyasında iştirak etməməsinə münasibət bildiribbackend

Baş katib Ermənistanın KTMT-nin sessiyasında iştirak etməməsinə münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) baş katibi İmanqali Tasmaqambetov Ermənistanın qurumun Belarusun paytaxtı Minskdə keçirilmiş sessiyasında iştirak etməməsinə münasibət bildirib.

İnterpress.az TASS-a istinadən məlumat verir ki, o, bundan qəti nəticə çıxarmağın mənasız olduğunu bildirib: “Ermənistan bizim müttəfiqimiz olub və qalır”.

Baş katibin sözlərinə görə, Ermənistan nümayəndə heyətinin iclasda iştirak etməməsinin səbəbləri texniki xarakterli olub: “Biz təşkilatın tamhüquqlu üzvü kimi Ermənistanın qərarına hörmətlə yanaşırıq. Məncə, bu, hər şeyi deyir”.

Qeyd edək ki, iclas noyabrın 23-də baş tutub.

Xatırladaq ki, son zamanlar rəsmi İrəvanın təşkilatdan çıxacağı barədə iddialar var.