Ermənistan prezidenti Vaaqn Xaçaturyan Qarabağdakı keçmiş qondarma qurumun strukturlarının saxlanılmasına qarşı çıxıb.
İnterpress.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Vaaqn Xaçaturyan Qarabağda keçmiş qondarma qurumun “dövlət institutlarının qorunub saxlanılması” məsələsinə münasibət bildirərkən deyib.
“Qarabağın dövlət qurumları nə üçün lazımdır? Ermənistan Respublikası var və onun da dövlət institutları fəaliyyət göstərir”, – Xaçaturyan jurnalistlərə bildirib. Onun sözlərinə görə, Ermənistan Qarabağ ermənilərinin hüquqlarını qoruyur.
“Ermənistan onların geri dönməsini necə asanlaşdırır?” sualına cavabında isə prezident deyib ki, bu mövzular müzakirə olunur.
V.Xaçaturyan, həmçinin bəyan edib ki, Ermənistan hələ 1991-ci ildə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.