ANAMA-nın Ağdamda minaya düşən əməkdaşı Bakıya təxliyə olunub, həyatı təhlükəsi yoxdurbackend

ANAMA-nın Ağdamda minaya düşən əməkdaşı Bakıya təxliyə olunub, həyatı təhlükəsi yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdamda minaya düşən əməkdaşı Bakıya təxliyə olunub, həyatı təhlükəsi yoxdur.

ANAMA-dan İnterpress.az-a verilən məlumata görə, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunda ilkin müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb.

“Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərildikdən sonra stasionar müalicəsinin davamı məqsədilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib, həyatı təhlükəsi yoxdur. Xəsarət alan əməkdaşın durumu ilə bağlı əlavə məlumat veriləcək. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılmasında iştirak edən hər bir əməkdaşın həyat və sağlamlığı Agentlik üçün xüsusi önəm kəsb edir, hər zaman diqqət mərkəzində saxlanılır”, – məlumatda bildirilib.