Bakıda qadını ov tüfəngindən öldürməyə cəhd hadisəsi ilə bağlı cinayət işi açılıb, saxlanılan varbackend

Bakıda qadını ov tüfəngindən öldürməyə cəhd hadisəsi ilə bağlı cinayət işi açılıb, saxlanılan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadını ov tüfəngindən öldürməyə cəhd hadisəsi ilə bağlı cinayət işi açılıb.

İnterpress.az-ın Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, yanvarın 16-da paytaxtın Səbail rayonu ərazisində Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açılmaqla xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq aparılır.

İlkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.