XİN: “Fransa ilə münasibətlər ən aşağı nöqtədədir”backend

XİN: “Fransa ilə münasibətlər ən aşağı nöqtədədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransa ilə münasibətlərin ən aşağı nöqtədə olduğunu bildirib.

İnterpress.az-ın məlumatına görə, bunu XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan bu münasibətlərin böhran həddinə çatması üçün heç bir təşəbbüs göstərməyib, mövcud durumun səbəbkarı Fransa olub.

O qeyd edib ki, Azərbaycana qarşı sistemli qərəzin arxasında duran bir nömrəli ölkə məhz Fransadır: “Azərbaycan özünə qarşı belə addımları cavabsız qoyacaq ölkə deyil”.