Sumqayıtda bank kartından oğurluqda şübhəli bilinən 2 keçmiş məhkum saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 6 050 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – Vüqar Nəsibov və Ruslan Heydərov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.