Bakıda qanunsuz ağac kəsilməsi ilə bağlı araşdırmalara başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən fevralın 28-də S.S.Axundov küçəsində 10 ədəd şam ağacının Firqət Əhmədov və Sahib Məmmədov tərəfindən kəsilməsi müəyyən olunub.
Araşdırma aparılır.