Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək.
İnterpress.az bildirir ki, bunu Türkiyənin “Adana Dəmirspor” klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
Qolkiper Türkiyə klubundakı gələcəyi ilə bağlı danışıb: “Adana Dəmirspor” klubu ilə müqaviləmin müddəti 2025-ci ildə başa çatacaq. Mən bu komandanın futbolçusuyam. Mövsümün sonunda hər şey daha dəqiq bilinəcək”.
Türkiyə Superliqasının XXXIV turunda “Qalatasaray”a (0:3) qarşı meydana çıxan Ş.Məhəmmədəliyev oyunla bağlı fikirlərini bölüşüb: “Ümumilikdə pis oyun alınmadı, lakin yekunda qələbə rəqibin oldu. İlk hissədə pis çıxış etmədim. Sadəcə, “Qalatasaray”da Muslera var”./Report