Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına investisiya yatırmaq imkanını nəzərdən keçirirbackend

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına investisiya yatırmaq imkanını nəzərdən keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qazaxıstanın neft yataqlarına investisiya yatırmaq imkanlarını nəzərdən keçirir.

İnterpress.az ” xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Məlumatda Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf arasında mayın 31-də baş tutan görüşün təfərrüatları açıqlanıb.

“Milli neft-qaz şirkətləri arasında qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Neft-qaz sahəsində gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Xüsusilə, Azərbaycan tərəfi Qazaxıstanın neft yataqlarına investisiya qoyuluşu imkanlarına maraq göstərir və nəzərdən keçirir”, – səfirlikdən bildirilib.

A.Bayel xatırladıb ki, 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Azərbaycan ərazisindən Qazaxıstan neftinin tədarükünə başlanılıb. 2023-cü ildə 1 milyon 057 min ton Qazaxıstan nefti Aktau limanından BTC ilə sonrakı ixrac üçün Azərbaycan istiqamətində göndərilib.

“Hazırda tərəflər həcmin daha da artırılması imkanlarını araşdırır. Qazaxıstan Azərbaycanın Bakı-Supsa neft kəmərindən istifadə təklifini də öyrənir. Bu istiqamətdə tədarüklər kommersiya şərtlərindən asılı olacaq”, – səfirlik qeyd edib.

Xatırladaq ki, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Tengiz” yatağından Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan müqavilə bağlayıblar.