“Suriyanın İranın dəstəyinə getdikcə daha az ehtiyacı var”.
İnterpress.az xəbər verir ki, bu barədə Amerikanın “Al-Monitor” analitik saytı yazır.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Sepah-e-Qods xüsusi təyinatlılarının Suriyaya fəal müdaxiləsi və mövcudluğu İranın Ali Rəhbər Xamneyiyə tabe olan əsas strategiyasıdır.
Bu hərəkətlər 2011-ci ildə ərəb baharı zamanı başlayan xalq etirazları zamanı Suriya prezidenti Əsədi dəstəkləmək və onun devrilməsinin qarşısını almaq məqsədi daşıyır.
Qeyd olunur ki, “Suriyada vətəndaş müharibəsi dərinləşdikcə İran Dəməşq hökumətinin tələblərinə cavab verməklə bunu əsaslandıraraq təsirini artırıb”.
“Lakin Suriya hakimiyyət orqanları əvvəllər üsyançıların nəzarətində olan ərazilərə nəzarəti tədricən bərpa etdikcə, onların İslam Respublikasından asılılığı azalır.
Suriya hakimiyyəti İran müttəfiqlərini İsrailin hücumlarından müdafiə etmək üçün müdafiə və kəşfiyyatla təmin etməkdən çəkinir. Bir neçə illik gərgin münasibətlərdən sonra Suriyanın Ərəb Dövlətləri Liqasına (LAS) qayıtması İranda da Dəməşqin Tehrandan asılılığının azalmasının siqnalı kimi qiymətləndirilir”, – məqalədə vurğulanır.
Xuraman Etibarlı
İnterpress.az