Ermənistan Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.
İnterpress.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, söhbət sülh sazişinin 10-cu redaktəsindən gedir.