Azərbaycan BRICS-ə üzvlük üçün müraciət edib – RƏSMİbackend

Azərbaycan BRICS-ə üzvlük üçün müraciət edib – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan rəsmi olaraq BRICS-ə üzvlük üçün müraciət ünvanlayıb.

Bu barədə İnterpress.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir ki, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir.

Birgə Bəyannamədə bildirilib ki, Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

Əlavə edək ki, təşkilat onu təsis edən ölkələrin – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının ingilis dilində baş hərflərinə uyğun olaraq BRİCS adlandırılıb.

Hazırda isə təşkilatın 9 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri.