Azərbaycanın müstəqillik dövrünün ilk dəmir yolu qalereyası Ağbənddə inşa edilir.
İnterpress.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova deyib.
Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin 75-ci km-də inşa edilən qalereya, dəmir yolunu dağlardan düşə biləcək qaya parçalarından mühafizəsi üçün layihələndirilib:
“Qalereyanın uzunluğu 144 m-dir. Tikilən qalereyanın qabariti gələcəkdə dəmir yolu xəttinin elektirikləşdirilməsinə də imkan verir. Qalereya svaylar üzərində layihələndirilib və onun konstruksiyası monolit dəmir-betondur. Sözügeden qalereya Azərbaycanın müstəqilliyi dövründə inşa olunan ilk dəmir yolu qalereyasıdır”.”Report”