ABŞ-nin Ankaradakı bədnam səfiri Fleyk səlahiyyət müddətinin başa çatması ilə əlaqədar ölkəni tərk edib.
interpress.az xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” xəbər saytı məlumat yayıb. Avqustun 27-də Fleyk Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Gülər ilə görüşüb.
Bu gün Amerika səfirini Türkiyə prezidenti Ərdoğan qəbul edib.
Fleyk Türkiyəyə ABŞ diplomatik missiyasının rəhbəri kimi 2022-ci ildə gəlib. Əvvəllər o, Arizona ştatından senator (2013-2019), ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü (2001-2013) olub. 2019-cu ildə o, keçmiş prezident Trampın administrasiyası və Respublikaçılar Partiyası ilə fikir ayrılıqlarını əsas gətirərək Senat kreslosunu tərk edib.
2020-ci il ABŞ prezident seçkilərində Fleyk özünün respublikaçı olmasına baxmayaraq, demokrat Baydeni dəstəkləyib.
Xuraman Etibarlı
İnterpress.az