İsmayıllıda narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən şəxslər saxlanılıbbackend

İsmayıllıda narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Eldar Abbasov və Əcəb İsmayılovu saxlanılıb.

Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, onlardan ümumilikdə 65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Saxlanılanların narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdikləri və aqrotexniki qaydada qulluq göstərdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.