Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycanın paraüzgüçüsü Raman Saleyin Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanması ilə bağlı paylaşım edib.
İnterpress.az paylaşımı təqdim edir:
“Paraüzgüçü Raman Saley Azərbaycanı “Paris-2024” Yay Paralimpiya Oyunlarında layiqincə təmsil etdi! İdmançımızı təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!”