Münaqişələrin artması terrorla birgə mübarizəyə mane olur – Mirziyoyevbackend

Münaqişələrin artması terrorla birgə mübarizəyə mane olur – Mirziyoyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Münaqişələrin artması terrorla birgə mübarizəyə mane olur”.

interpress.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Mirziyoyev Terrorizm və Ekstremizmlə Mübarizə üzrə Beynəlxalq Konfransın iştirakçılarına müraciətində bildirib.

“Geosiyasi gərginliyin artması və münaqişələrin eskalasiyası, aparıcı dövlətlər arasında qarşılıqlı etimadın olmaması, qlobal təhlükəsizlik institutlarının rolunun azalması terrorizm və ekstremizm təhdidlərinə qarşı mübarizədə səmərəli beynəlxalq əməkdaşlığın inkişafına mənfi təsir göstərir”, –  Mirziyoyev deyib.

Xatırladaq ki, sentyabrın 4-5-də Daşkənddə ŞƏT-in Regional Antiterror strukturunun 10-cu beynəlxalq elmi-praktik konfransı və MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə 2-ci konfransı keçiriləcək.

Xuraman Etibarlı

İnterpress.az