Ermənistan və Tunis diplomatik pasportu olan şəxslər üçün vizaları ləğv edəcək.
interpress.az xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Vahan Konstanyan bu barədə sentyabrın 4-də parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının iclasında deyib.
O bildirib ki, Ermənistan və Tunis diplomatik pasportu olan şəxslər üçün vizaları ləğv edəcək.
Bu məsələ parlamentin növbəti 4 günlük iclasının gündəliyinə salınacaq.
Bu qanunvericilik təşəbbüsü parlamentin daimi komissiyasından müsbət rəy alıb.
Xuraman Etibarlı
İnterpress.az