HƏMAS-ın Tel Əl-Sultan batalyonunun komandanlıq halqası məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.
İsrail ordusunun əməliyyatı zamanı HƏMAS-ın Tel Əl-Sultan batalyonunun komandiri Mahmud Həmdan və batalyonun daha üç rota komandiri öldürülüb.
Batalyon komandiri Həmdan 2023-cü il oktyabrın 7-də İsrailə hücumun planlaşdırılmasında mühüm rol oynayıb.
Bundan əlavə, o, İsrailə və bu ölkə ordusuna qarşı onlarla terror əməliyyatının təşəbbüskarı, istiqamətləndirilməsi və planlaşdırılması ilə məşğul olub.
Xuraman Etibarlı
İnterpress.az