ABŞ Məxfi Xidməti rəisinin Mühafizə Əməliyyatları üzrə köməkçisi Trampa sui-qəsd cəhdi ilə əlaqədar vəzifəsini tərk edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Bildirilir ki, ABŞ Məxfi Xidməti rəisinin Mühafizə Əməliyyatları üzrə köməkçisi Maykl Pleti Donald Trampa sui-qəsd cəhdi ilə əlaqədar vəzifəsini tərk edəcək.
Telekanalın məlumatına görə, Pleti keçmiş Amerika prezidentinə qarşı sui-qəsdin qarşısını ala bilməyən təhlükəsizlik sistemindəki uğursuzluğa görə yüksək rəhbərliyin tələbi ilə postunu tərk edəcək.
Materialda qeyd olunur ki, bu uğursuzluq ABŞ Gizli Xidmətində “şoka səbəb olub”.
Xuraman Etibarlı
İnterpress.az