Ermənistan parlamentinin vitse-spikeri keşiş Baqratla görüşdən İMTİNA ETDİbackend

Ermənistan parlamentinin vitse-spikeri keşiş Baqratla görüşdən İMTİNA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin vitse-spikeri Baqrat Qalstanyanla görüşməkdən imtina edib.

İnterpress.az xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Akob Arşakyan jurnalistlərin hakim “Mülki Müqavilə” partiyasının fraksiyasından kiminsə arxiyepiskop Baqrat Qalstanyanla görüşüb-görüşməməsi ilə bağlı sualı cavablandırıb.

“Düşünmürəm ki, kimsə arxamızdan iş görüb, bizdən xəbərsiz danışıb.

Mən məşğul insanam, ayaq üstə heç kimlə görüşmürəm. Qoy zəng etsinlər, görüş təyin etsinlər, sonra müzakirə olunacaq bir şey varsa görüşək. Vətəndaşlar ciddi məsələlər qaldırsa, onlarla görüşlər keçirirəm”. – Arşakyan deyib.

Qeyd edək ki, arxiyepiskop Baqrat Qalstanyan sentyabrın 16-da Ermənistan parlamentinə gedərək müxalifət fraksiyalarından olan parlament üzvləri ilə görüşüb.

O bildirib ki, əgər hakim “Mülki müqavilə” partiyasının fraksiyası istəsə, o zaman onlarla görüşə hazırdır.

Xuraman Etibarlı

İnterpress.az