Soqomonyan Ermənistan Futbol Federasiyasına görə “Pünik” klubunu SATIR – VİDEObackend

Soqomonyan Ermənistan Futbol Federasiyasına görə “Pünik” klubunu SATIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artur Soqomonyan Ermənistan Futbol Federasiyasının zorakılığına görə “Pünik” klubunu satdığını açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistanın hazırkı çempion klubunun sahibi və prezidenti videomüraciətində erməni peşəkar futbolunu tərk etmək niyyətində olduğunu bildirib.

“Əsas və yeganə səbəb Ermənistan Futbol Federasiyasının rəhbərliyi tərəfindən iki ildən artıqdır davam edən təqiblərdir.

Təəssüf ki, vəziyyət çoxdan sağlam düşüncə və peşəkar etika həddini aşaraq şəxsi xarakterə çevrilib.

Bu qarşıdurma komandaya, azarkeşlərə və akademiyamıza böyük ziyan vurur və əsas Ermənistan futbolunun reputasiyasıdır”, – Soqomonyan vurğulayıb.

O, son 4 ildə federasiyanın səriştəsiz rəhbərləri ilə işləmək mümkün olmadığı üçün 5 Böyük Liqa komandasının, eləcə də 6 əsas investorun Ermənistan futbolunu tərk etdiyini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az